Araik Arutyunyan və Cəlal Arutyunyan beynəlxalq axtarışa verilib

 01-10-2023

“Arayk Arutyunyan, Cəlal Arutyunyan beynəlxalq axtarışa verilib”.

Bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Vətən müharibəsi zamanı Gəncənin dinc əhalisinin raket zərbələri ilə atəşə tutulması və mülki əhalinin qətlə yetirilməsi ilə bağlı həmin dövrdə Davit Babayan, Araik Arutyunyan, Cəlal Arutyunyan beynəlxalq axtarışa verilib:

“Onlardan biri artıq həbsədədir və barəsində istintaq gedir. Yaxın zamanlarda Azərbaycan ictimaiyyəti bunlar və digərləri barədə ətraflı məlumat alacaq”.

O bildirib ki, axtarışda olan David Babayan artıq həbsdədir:

"Yaxın zamanlarda bunlar və digərləri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək. Qarabağda 300-dən çox cinayət törətmiş erməni separatçısı beynəlxalq axtarışa verilib.

Tərəfimizdən həmin cinayətlərlə bağlı sübutlar toplanıb. Ümumilikdə, bu cür 300 cinayət işi açılıb. 300-dən çox cinayət törətmiş şəxs beynəlxalq axtarışa verilib. Həmin işlərlə bağlı sübutlar var”, - deyə o bildirib.

O bildirib ki, araşdırmalar 4 qrup üzrə aparılır: "Birincisi, Birinci Qarabağ müharibəsi zamanı baş vermiş cinayətlərdir. İkincisi, atəşkəs zamanı baş verən cinayətlərdir. Üçüncüsü, Vətən müharibəsi zamanı baş vermiş cinayətlərdir. Dördüncü qrupa isə Vətən müharibəsi bitəndən sonra baş vermiş cinayətlər daxildir".

Qarabağ münaqişəsi başlayandan erməni separatçıları tərəfindən törədilən cinayətlərin hamısının qeydə alındığını diqqətə çatdıran Azərbaycanın Baş prokuroru cinayət törətdiyinə görə beynəlxalq axtarışa verilən erməniləri təslim olmağa səsləyib:

“Qanunsuz birləşmələrin üzvlərinə müraciət edirəm ki, könüllü şəkildə təslim olsunlar”.

 

Bənzər yazılar

0.29779410362244