Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxdakı növbəti görüş başa çatıb 

 29-09-2023

Bu gün Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə növbəti görüş keçirilib.

APA-nın yerli bürosu xəbər verir ki, Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil ediblər.

Danışıqlarda Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası məsələləri müzakirə olunub.

Xatırladaq ki, bu, lokal xarekterli antiterror tədbirlərindən sonra Qarabağın erməni sakinlərinin nümayəndələri və Azərbaycan Mərkəzi hakimiyyətinin təmsilçiləri arasında 3-cü görüşdür. Bundan əvvəl ilk dialoq Yevlaxda, ikincisi isə Xocalıda baş tutub.

Bənzər yazılar

0.32668685913086