Aİ-nin xüsusi nümayəndəsi erməni və azərbaycanlı mütəxəssislərin sülh səylərini ALQIŞLAYIR

 30-06-2022

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar birliyin bölgəmizdə davamlı sülhə sadiqliyini bir daha təsdiqləyib.

O, Ermənistan və Azərbaycandan olan mütəxəssislərin dialoq qurmaq, etimad yaratmaq, təkcə Ermənistan-Azərbaycan münasibətlərinin yaxşılaşmasına deyil, həm də bütövlükdə Cənubi Qafqazın sülh və firavan gələcəyinə mane olan amillərə qarşı çıxmaq səylərini davam etdirmək əzmini alqışlayıb.

Qeyd edək ki, 29-30 iyun 2022-ci il tarixlərində Gürcüstanın Kaxreti şəhərində Avropa İttifaqının (Aİ) dəstəyi ilə keçirilən dəyirmi masada 40-dan çox erməni və azərbaycanlı mütəxəssis bir araya gəlib. Onlar Aİ, BMT və ATƏT-dən olan həmkarları ilə birlikdə Cənubi Qafqazın dinc gələcəyi üçün mümkün ssenariləri müzakirə ediblər.

Müzakirələr iqtisadiyyat, kommunikasiyalar, təhlükəsizlik, idarəetmə və mədəniyyət siyasəti kimi sahələri əhatə edib. Fikir mübadiləsi zamanı uzun müddətdir ki, mövcud bir çox problemin həlli perspektivlərini yaxşılaşdırmaq üçün milli hökumətlər, vətəndaş cəmiyyəti və xarici aktorlar tərəfindən atılacaq mümkün addımlar qiymətləndirilib.

Mənbə: commonspace.eu

Bənzər yazılar

0.18596005439758