ATƏT Daimi Şurası Azərbaycanın antiterror tədbirlərinin nəticəsi barədə məlumatlandırılıb

 27-09-2023

Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəsi Rövşən Sadıqbəyli Daimi Şuranın xüsusi iclasında çıxış edib.

Bu barədə Rövşən Sadıqbəyli “X” platformasında yazıb.

“ATƏT-in ümumi fəaliyyəti və mövcud çağırışlar barədə fikirlərimizi təqdim etdik. Azərbaycanın Qarabağ bölgəsində ölkəmizin Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində demilitarizasiya prosesi barədə məlumat verdik.

Həmçinin, Azərbaycanın mərkəzi hakimiyyəti tərəfindən reinteqrasiya üçün davamlı səylər və Xankəndi sakinlərinə yanacaq, tibbi ləvazimatlar çatdırılması, onların ərzaq təminatı üçün görülən işlər barədə məlumatları təqdim etdik”, - diplomat qeyd edib.

 

Bənzər yazılar

0.33458781242371