Hikmət Hacıyevlə Armen Qriqoryan Brüsseldə görüşüb

 26-09-2023

Avropa Şurasının rəhbəri Şarl Mişel Brüsseldə Azərbaycan və Ermənistan, eləcə də Almaniya və Fransa nümayəndələrinin iştirakı ilə danışıqlar təşkil edib.

Mişelin sədrliyi və onun diplomatik müşavirləri Saymon Mordu və Maqdalena Qrononun iştirakı ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev arasında görüş keçirilib.

Tərəflər oktyabrın 5-də Qranadada keçirilməsi planlaşdırılan sammit çərçivəsində liderlərin mümkün görüşü ilə bağlı intensiv fikir mübadiləsi aparıblar. Onlar həmçinin münasibətləri normallaşdırmaq istiqamətində səyləri davam etdirmək üçün Qranadada keçiriləcək mümkün görüşdə Ermənistan və Azərbaycanın ümumi marağı olduğunu qeyd ediblər.

“Armen Qriqoryan və Hikmət Hacıyev qarşıdan gələn mümkün görüşdə Ermənistan-Azərbaycan sülh prosesinin irəliləyişinə dair mümkün konkret addımlar, məsələn, sərhədlərin delimitasiyası, təhlükəsizlik, sülh sazişi, kommunikasiyalar, humanitar məsələlər və daha geniş məsələlərlə bağlı danışıqlar aparıblar. Aİ hesab edir ki, Qranadada mümkün görüşdən həm Yerevan, həm də Bakı bir-birlərinin ərazi bütövlüyünə sadiqliklərini açıq şəkildə təsdiqləmək üçün istifadə etməlidirlər”, - bununla bağlı Avropa Şurasının yaydığı bəyanatda deyilir.

 

Bənzər yazılar

0.2999849319458