Oliqarx icra başçısı ölkə idarəçiliyini lağa qoyub? -İddia

 26-09-2023

Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev yenidən cəmiyyətin və mətbuatın maraq dairəsinə düşüb. 2012-ci ildən bəri Sabunçuya rəhbərlik edən Vəliyev bu dəfə gözlənilməz etirafları ilə gündəmə gəlib. 11 ilin icra başçısı “Xural” TV-nin rəhbəri Əvəz Zeynallının ötən həftə keçirilən məhkəmə iclasında ifadə verərkən səlahiyyət həddini aşdığını etiraf edib. Bunu xatırladanlara isə “Elə danışırsınız ki, guya Azərbaycanda yaşamırsınız…” – deyərək reaksiya verib. Məlum açıqlaması ilə diqqəti üzərinə çəkən A.Vəliyev həm də fəaliyyətinin hərtərəfli təftiş edilməsinə rəvac verib.

Qeyd edək ki, Adil Vəliyev ölkənin ən varlı məmurlarından biri sayılır. Onun sahib olduğu “biznes imperiyası”nın sərhədlərini müəyyənləşdirmək mümkün deyil.

“Yeni Sabah.az” sözügedən icra başçısının və oğlunun sahib olduqları əmlakın bir qismini açıq mənbələrdə yayılan informasiyalar hesabına müəyyənləşdirə bilib. Həmin siyahını təqdim edirik:

İndi keçək Sabunçu RİH-nin Başçısı Adil Vəliyevin və yaxınlarının adlarına olan milyardlıq mülklərinin siyahısına. Gəlin bu siyahıya birlikdə baxaq. Görək icra başçısı pandemiyadan əvvəl və pandemiya dövründə nələr qazanıb!
Başçının adına sənədləşən əmlak:

Bakı şəhəri, Nəsimi rayonu, Babək prospekti 37 ünvanında 0.2921 ha torpaq sahəsi, 1598.30 kv/m daşınmaz əmlak olan qeyri yaşayış binası. 2019-cu ildən.

Həyat yoldaşının adına sənədləşən əmlaklar

Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5080C saylı 0.16 ha bağ sahəsi. 2021-ci ildən.
Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, b, 31, 307-ci məhəllə, m.2 ünvanında yerləşən 237.20 kv/m olan mənzil. 2020-ci ildən.

Bakı şəhəri, Nərimanov rayonu, Etibar Qocayev küçəsi, 17 ünvanında, 0.0783 ha torpaq sahəsi, 1094.50 kv/m daşınmaz əmlakın ümumi sahəsi olmaqla, fərdi yaşayış evi. 2021-ci ildən.

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 102 ünvanında 0.0820 ha torpaq sahəsi . 2018-ci ildən

Oğlunun adına sənədləşən əmlaklar:

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ə.Rəhimov küçəsi, 17F ünvanında 0.6150 ha torpaq sahəsində olmaqla, 301.20 kv/m ümumi sahəsi olan fərdi yaşayış evi. 2021-ci ildən.

Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5080G saylı 0.16 ha bağ sahəsi . 2021-ci ildən.

Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 0.16 ha 892 saylı bağ sahəsi. 2021-ci ildən.

Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 139 ünvanında 0.59 ha torpaq, 9.10 kv/m qeyri yaşayış binası. 2019-cu ildən.

Sabunçu rayonu, Bəşir Bünyatov küçəsi, 246 ünvanında 0.7173 ha torpaq sahəsi. 2021-ci ildən (satılıb)

Gəlninin adına sənədləşən əmlaklar:

Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, b, 39, m. 45 ünvanında 225.40 kv/m mənzil. 2018-ci ildən.
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ülvi Rəcəb küçəsi, b, 60, 60B, 107.50 kv/m olan mənzil 92. 2021-ci ildən.

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ülvi Rəcəb küçəsi, b, 60, 60B, 60C ünvanında 98.30 kv/m olan qeyri yaşayış sahəsi. 2021-ci ildən.

Qızının adına sənədləşən əmlak:

Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5080X saylı 0.16 ha torpaq olmaqla bağ sahəsi. 2021-ci ildən.
Kürəkəninin adına sənədləşən əmlaklar:

Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, b, 25E, 1978-ci məhəllə, 245.70 kv/m olan mənzil 52. 2019-cu ildən.

Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, b, 8, 790-cı məhəllə, 97 kv/m olan mənzil 18. 2020-ci ildən.

Kürəkəninin anasının adına sənədləşən əmlaklar:

Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi 112 ünvanında 0.1577 ha torpaq sahəsində 2907.10 kv/m olan qeyri yaşayış sahəsi. 2019-cu ildən.

Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 1229 saylı sahədə yerləşən 0.40 ha torpaq sahəsi. 2020-ci ildən.

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 14D saylı sahədə yerləşən 0.2142 ha torpaq sahəsi. 2020-ci ildən.

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi, 66 ünvanında 0.008250 ha torpaq sahəsində 79.90 kv/m qeyri yaşayış binası. 2021-ci ildən.

İcra Başçısı Adil Vəliyevin faktiki sahiblik etdiyi və oğlunun payçısı olduğu şirkətlər:

“Euro Style LTD” MMC – hazırda aktiv

“Əfəndilər” Mənzil Tikinti Koperativi-hazırda aktiv

“European Cars” MMC- hazırda aktiv

“Yeni Sabunçu” Mənzil Tikinti Koperativi –hazırda aktiv

“Əfəndilər” MMC – hazırda aktiv

Siyahıdan göründüyü kimi icra başçısına məxsus olan əmlakların siyahısı təkcə bununla bitmir. İcra Başçısı məlum əmlakları yaxın adamlarının adlarına rəsmiləşdirməklə həmin əmlakların ona məxsus olmadığına işarə vermək istəyir. Əslində isə hər şey göz qabağındadır. Bütün bu əmlakları aylıq əmək haqları ilə almaq mümkün deyil. Oğlunun idarə etdiyi şirkətlərin fəaliyyətindən əldə olunan gəlirə gəldikdə isə, həmin qazancla da bu siyahıda və faktiki sahibi olduqları əmlakları almaq qeyri mümkündür. Bu siyahını başqa əmlaklarla da uzatmaq mümkündür, lakin ehtiyac duymuruq. Çünki əksər qeyd etmədiyimiz əmlaklarla bağlı kifayət qədər mətbuatda məlumatlar yayımlanıb. İcra Başçısına məxsus olduğu iddia edilən əmlakların bir qismi də Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən ANAŞKİN adlı ərazidə yer almaqdadır.

Anaşkin ərazisində sıra ilə eyni oxşar olan 6 tam təmirli həyət evi, 1 eyni tipli yarımçıq tikili, 1 2 mərtəbə, mansardlı təmir olunmamış villa, 1 ədəd geniş ərazini əhatə edən iri həcmli qeyri yaşayış obyekti, qarşısında iki hektardan çox olan torpaq sahəsi. Bundan başqa həmin ərazidə bu yaxınlarda tikintisinə strt verdiyi təxminən yeddi hektara yaxın torpaq sahəsidir ki, hazırda da həmin ərazi hasarlanır. Qeyd edim ki, araşdırmalarımıza görə hazırda tikintisi aparılan yeddi hektara yaxın ərazi sənədsiz olaraq hasarlanır. Sabunçu qəsəbə nümayəndəliyinin işçisi Arif Əmrahovun bildirdiyinə görə ərazi icra başçısı tərəfindən hasarlanır.

Anaşkin adlanan ərazidə özbaşınalıq o həddə çatıb ki, icra başçısının mühüm işlərini həyata keçirən Sabunçu Bələdiyyəsinin sədri və Sabunçu qəsəbə Nümayəndəliyinin işçisi Arif Əmrahov ərazidə ayrı-ayrı vətəndaşların qan təri ilə aldığı torpaqları əllərindən alıb, özünküləşdirilərək başqalarına satırlar. Bu barədə Anaşkin ərazisindən daha ətraflı növbəti həftə Bələdiyyə sədri və Arif Əmrahovla bağlı həmin ərazidən video reportajımızı izləyicilərimizə təqdim edəcəyik.

Bundan başqa iddia olunur ki, icra başçısı ABU Petrolun arxasında yerləşən ayrı-ayrı vətəndaşlara məxsus olan əraziləri əllərindən alıb. Bu gün də pullarını tələb edən vətəndaşlar olduğu iddia olunur. Həmin ərazidən hazırladığımız reportajı da növbəti həftə Xəbərlər proqramında izləyicilərimizə təqdim edəcəyik.

Həmçinin Bakıxanov qəsəbəsində “Stansiya Razin” adlanan ərazinin yol kənarında da təmirsiz qeyri yaşayış binasının faktiki icra başçısına məxsus olduğu iddia edilir.

Hesab edirik ki, bu yazımızdan sonra Sabunçunu özlərinə gəlir mənbəyi seçən bu məmurların gördüyü işlər, bu əmlakları hansı mənbənin hesabına əldə etdikləri ciddi şəkildə araşdırılacaq və qanuni tədbirlər görülərək, ictimaiyyətə açıqlama veriləcək. Hələ ki, rəsmi olaraq Sabunçu RİH-ti susur. Nə İcra Başçısı, nə də İcra hakimiyyətinin rəsmiləri yaranan vəziyyətlə bağlı açıqlama vermək istəmirlər. Qanunla susmaq razılıq əlamətinə dəlalət edir. Məsələ ilə bağlı münasibət bildirmək üçün, Sabunçu rayon İcra Hakimiyyəti ilə əlaqə yaratmaq istəsək də əlaqə yarada bilmədik…

Bənzər yazılar

0.10273408889771