"Azərsu" ASC-nin keçirdiyi tender müsabiqəsinin qalibi "Nort Vest Konstrakşn" MMC olub.
Yeniavaz.com xəbər verir ki, ASC Ceyranbatan-Abşeron-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarların tikintisi işlərinin satın alınmasına görə MMC-yə 48 milyon 659 min 569 manat 49 qəpik ödəyəcək.
Məlumat üçün qeyd edək ki, 100 min manat nizamnamə kapitalı olan "Nort Vest Konstrakşn" MMC-nin qanuni təmsilçisi Bədəlov Elçin Tofiq oğludur. Şirkət 14 dekabr 2007-ci ildə dövlət qeydiyyatına alınıb. MMC "Nəsimi rayonu, Neftçilər pr., ev 153" ünvanında yerləşir.
Onu da bildirək ki, "Nort Vest Konstrakşn" MMC-nin qeydiyyatda olduğu "Neftçilər pr., ev 153" ünvanı ölkənin aparıcı şirkətlərindən biri olan "Paşa Holdinq"in yerləşdiyi ünvandır.
Müəllif Elnur Əli