Azərbaycanda deputat 3,5 milyonluq payını satdı

 23-09-2023

Millət vəkili Məşhur Məmmədov bank olmayan kredit təşkilatı (BOKT) “Embafinans” QSC-dəki payını satıb.

“Yeni Sabah.az” bu barədə BOKT-a istinadən xəbər verir. Məşhur Məmmədov 3500 ədəd səhmi və ya mikromaliyyə təşkilatındakı 35%-lik payını digər səhmdar Elşad Abbasova satıb. Nəticədə Elşad Abbasovun BOKT-dakı payı 51%-dən 86%-ə yüksəlib. BOKT-da 14%-lik səhmə sahib olan Tatyana Başirovna Polyakovanın payında isə dəyişiklik olmayıb.  

Qeyd edək ki, BOKT-un nizamnamə kapitalının 10 milyon manat olduğunu nəzərə alsaq, satılan səhmlərin nominal dəyəri 3,5 milyon manat təşkil edir.

Bənzər yazılar

0.16074705123901