Azərbaycan İtaliyadan 2 milyardlıq silah alır: 2024-cü ilin büdcəsində müdafiə xərcləri nə qədər olacaq?

 22-09-2023

Azərbaycan İtaliyadan böyük miqdarda silahların alınması ilə bağlı danışıqlar aparır. 

Yenisabah.az xəbər verir ki, bu barədə İtaliyanın nüfuzlu "La Repubblica" qəzetində dərc edilən məqalədə bildirilir.

Məlumata görə, rəsmi Bakı İtaliyadan təlim təyyarələri, hücum silahları, özüyeriyən zenit silahları, yer-hava tipli raket batareyaları, nəqliyyat təyyarələri və sualtı qayıqlar almaq niyyətindədir. Ehtimal olaunan sövdələşmənin dəyərinin 1-2 milyard avro dəyərində olduğu qeyd olunur. 

Nəşr danışıqların yekunlaşmadığını və davam etdiyini vurğulayıb. Məqalədə qeyd olunur ki, iyun ayında İtaliyann "Leonardo" şirkəti Azərbaycana C27J "Spartan" nəqliyyat təyyarələrinin satılacağını açıqlayıb.

Qəzet Azərbaycanın almaq istədiyi sualtı qayıqlara xüsusi diqqət yetirir. Bildirilir ki, istək siyahısında olan sualtı qayıqlar kiçik olsa da, ciddi silahlara malikdir. Xəzər dənizi üçün nəzərdə tutulan platformalar dörd torpedo, yeni nəsil sistemlərlə təchiz edilib. 

Onu da qeyd edək ki, Azərbaycan hökuməti 2024-cü il dövlət büdcəsində müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə 6,421 mlrd. manat (indiki məzənnə ilə 3,78 milyard dollar) vəsait ayırıb.

2023-cü ilin büdcəsində analoji xərclər 6 054 844 623 manat (cari məzənnə ilə 3 561,4 mlrd. dollar) səviyyəsində nəzərdə tutulub.

2024-cü ildə bu məqsədlər üçün dövlət büdcəsindən maliyyələşmə 6% artacaq. Ümumən 2024-cü ildə büdcə xərclərinin 17,7%-i müdafiə və milli təhlükəsizliyə yönəldiləcək.

2024-cü il də daxil olmaqla, ölkənin hərbi potensialının artırılması, eləcə də ordunun maddi-texniki təminatının yaxşılaşdırılması tədbirləri üçün 3 milyard manat (1,76 milyard dollar) ayrılacaq.

Bənzər yazılar

0.10119009017944