Rusiyanın Ukraynada apardığı genişmiqyaslı hərbi əməliyyat hər gün üzə çıxan müxtəlif qeyri-insani faktlar ilə gündəmi zəbt etməkdə davam edir. Xüsusilə ilə ölkənin şimalında Kiyev və Çerniqov vilayətlərində baş verənlər qan dondurur.
Ukraynanın aparıcı könüllülərindən ibarət “Volontyor” hərəkatının lideri Roman Soviç gördüklərini Baku TV-nin Şərqi Avropa bürosuna danışıb.
“Biz Çerniqov vilayətinin Bobrovitsa şəhərinə humanitar yardım aparan zaman burada baş verən vəhşiliklər haqqında çox hekayələr eşitmişik. Məsələn, rusiyalı hərbçilər 26 yaşlı bir xanım müəllimi girov götürərək, ona günlərlə təcavüz ediblər. Daha sonra boğazına ip bağlayaraq heyvan kimi küçələrdə nümayişkaranə gəzdirmişdilər. Onun taleyi barədə hələ də məlumatımız yoxdur. Kiyev vilayətinin Suxoluçye qəsəbəsində isə qayıqçı oğlanı evində diri-diri yandırmışdılar. İndi bizim xeyriyyə fəaliyyətimizin əsas məqsədi Ukraynada yaşayan mülki əhaliyə, həmçinin hərbçilərə psixoloji yardım göstərmək istəyən mütəxəssislərlə əlaqə qurmaqdır. Üstəlik, xarici donorların Ukraynaya yardım göstərməsinə çalışırıq. Söhbət əsasən reabilitasiya mərkəzlərinə maliyyə yardımının göstərilməsindən gedir. Bu, ölkəmizdə ehtiyac duyulan əsas məsələlərdən biridir”.
O qeyd edib ki, Qostomel istiqamətində görüntülər lentə alıb, “rus dünyası”nı dünyaya göstərir.
Denis Taraxkotelik də 2014-cü ildən Donbasda könüllü döyüşçü olub. O, yerindəcə vurulan helikopterləri əməkdaşımıza göstərərək bildirib ki, Kiyevə bu istiqamətdən hücum edən Rusiya Ordusunun məqsədi hakimiyyət binalarını bombalamaq idi.
Ətraflı süjeti təqdim edirik: