Elçin Əmirbəyov: “Qarabağ ermənilərinin reinteqrasiyası Azərbaycanın daxili işidir”

 21-09-2023

“Azərbaycanın mərkəzi hakimiyyəti ilə Qarabağın erməni əhalisi arasında dialoq, onların cəmiyyətimizə reinteqrasiyası sırf ölkəmizin daxili işidir və bu məsələlərin Ermənistanla heç bir əlaqəsi yoxdur. Yevlax şəhərində keçirilən görüşdə Qarabağ ermənilərinin reinteqrasiyası formatları müzakirə edilib”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Sky News Arabia”ya açıqlamasında Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.

Onun sözlərinə görə, bütün məsələ və problemləri bir görüşdə həll etmək mümkün deyil: “Qarabağ ermənilərinin bundan sonrakı taleyi Azərbaycanın daxili məsələsidir. Bugünkü görüş gələcək görüşlərin birincisi oldu”.

O vurğulayıb ki, Azərbaycan Ermənistanla bir-birinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsipi əsasında sülh danışıqları aparır.

Onun sözlərinə görə, Qarabağın erməni əhalisinin nümayəndələri ilə başlayan təmaslar Bakı ilə İrəvan arasında sülh sazişinin bağlanmasına da töhfə verəcək. E.Əmirbəyov bildirib ki, Azərbaycan tərəfi artıq saziş layihəsini Ermənistana göndərib.

Bənzər yazılar

0.26949095726013