Yakutiyada fövqəladə rejim TƏTBİQ OLUNUB

 28-06-2022

Rusiya Federasiyasının Yakutiya Respublikasında meşə yanğınları ilə əlaqədar regional fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Bu barədə Yakutiya rəhbəri Aysen Nikolayev sərəncam imzalayıb.

Onun sözlərinə görə, hazırda respublikanın on rayonunda yüksək yanğın təhlükəsi sinfi müəyyən edilib.

Nikolayev qeyd edib ki, rayonda hava şəraiti getdikcə pisləşir.

Son 24 saat ərzində Yakutiya meşələrində daha 34 yanğın qeydə alınıb, bölgədə təbii yanğınların sayı 60-a çatıb. Yanğının söndürülməsinə 772 nəfər, 35 texnika cəlb olunub.

Mənbə: Kommersant

Bənzər yazılar

0.43527698516846