Prezidentin köməkçisi: "Ermənistan başqa ölkələrin geosiyasi rəqabətində alət olmamalıdır"

 20-09-2023

"Digər ölkələrin öz aralarındakı geosiyasi rəqabəti Cənubi Qafqaza daşımasına ehtiyac yoxdur".

Bunu Türkiyənin “Haber Global” telekanalına müsahibəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, regional məsələlər məhz regionda həll edilməlidir və Azərbaycan bu gündəliyin tərəfdarıdır: "Cənubi Qafqaz regionu onsuz da münaqişələrdən, təhlükələrdən uzun müddət əziyyət çəkib. Ermənistan da öz növbəsində bu kimi siyasətlərin həyata keçirilməsinə alət olmamalıdır.

Hazırda Azərbaycan ərazilərində qalan Ermənistan silahlı qüvvələrinin qalıqlarının bölgədən çıxarılmasının mexanizmləri hazırlanır”.

O, bildirib ki, qanunsuz erməni silahlı birləşmələrinin ixtiyarında olan silah və texnika Azərbaycana təhvil veriləcək.  

“Hazırda işlək bir hərbi mexanizm hazırlanır. Bu, qeyri-qanuni silahlı dəstələrin öz mövqelərindən çıxarılmasını, silahı yerə qoymalarını və bu kimi digər aspektləri əhatə edir”, - deyə Prezidentin köməkçisi bəyan edib.

O xatırladıb ki, Azərbaycan tərəfi əvvəllər bir neçə dəfə separatçıları danışıqlara dəvət etsə də, rədd cavabı alıb. Buna baxmayaraq, sonda Bakının bütün şərtləri qəbul edilib: "Ermənistanda baş verən son proseslər bu ölkənin Suriyaya bənzədiyini deməyə əsas verir".

O bildirib ki, Ermənistanın davranışları regionumuz üçün faydalı deyil: "Təəssüflər olsun ki, bəzi qüvvələr öz problemlərini regionumuza ixrac etmək istəyirlər. Cənubi Qafqaz regionunun buna ehtiyacı yoxdur. Azərbaycan 3+3 platformasının tərəfdarı və təşəbbüskarıdır".

Daha ətraflı “Haber Global”ın videomaterialında:  

Bənzər yazılar

0.28562998771667