Dünyaca məşhur gün eynəkləri brendi “Ray-Ban”ın sahibi Leonardo Del Vekkio 87 yaşında vəfat edib.
Uşaq evində böyüyən, biznesə sıfırdan başlayaraq milyarderə çevrilən Del Vekkio inanılmaz həyat hekayəsi ilə diqqət çəkib.
O, optika mağazası ilə başladığı iş karyerasını zirvəyə çatdırıb və 1961-ci ildə qurduğu “Ray-Ban” markası ilə gün eynəyi sənayesinin elit adlarından birinə çevrilib.
İtaliyanın ən varlı iş adamlarından biri olan Leonardo del Vekkhio həm də “Essilor Luxottica” şirkətinin prezidenti idi.
Mənbə: Haber Global