Türkiyənin məşhur müğənnisi Berdan Mardini ötən il boşandığı keçmiş həyat yoldaşı Fatoş Yelliler haqqında şok açıqlamalar verib.
MillətinSəsi.info-ın məlumatına görə, iki uşaq atası Berdan həyat yoldaşı ilə evliliyi zamanı dəfələrlə xəyanətə uğradığını etiraf edib.
O, yaşadıqlarını belə şərh edib:
“Mən evdə olmayanda parik taxıb gecə klublarına gedirdi. Uşaqlara da tapşırırdı ki, atanız soruşsa deyin ki, anamız yatıb. 10 illik evliliyimin 9 ilini xəyanətə uğramışam. Uşaqlar da analarını görmək istəmir, onlar ana qayğısı görməyib. Ana olaraq övladlarına süd belə verməyib, uşaqlar dayənin əlində böyüyüb”.
Mənbə: Sabah gazetesi