NATO Gürcüstana dəstəyi artıracaq və Tbilisidəki missiyasını genişləndirəcək.
Bunu Madriddə keçirilən sammit ərəfəsində təşkilatın baş katibi Yens Stoltenberq bildirib
Xüsusilə, missiya və alyansın Gürcüstan paytaxtı yaxınlığındakı təlim mərkəzinin personalının sayı artırılacaq.
“Biz Gürcüstana yardımı artıracağıq. Xüsusən də məlumatlandırma, kommunikasiyalar, kibermüdafiə və təlimlər sahəsində”, - deyə Stoltenberq bəyan edib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları NATO üçün Gürcüstana əvvəlcədən dəstək vermənin vacibliyini önə çəkib.
Mənbə: TASS