Səkinə Sadıqovanın “kadr islahatları” yüzlərlə sumqayıtlını işsiz qoyub - ŞİKAYƏT

 18-09-2023

Sumqayıt Tibb Mərkəzinin direktoru qanun və ədaləti şəxsi ambisiyalarına qurban verir

Hörmətli redaksiya!


İstəyirik biləsiniz ki, “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsin direktoru Səkinə Sadıqovanın həyata keçirdiyi “kadr islahatları” yüzlərlə sumqayıtlını işsiz qoyub. Illərdir Sumqayıtdakı tibb müəssisələrində çalışan, böyük təcrübəyə malik olan mütəxəssislər Səkinə Sadıqova tərəfindən işdən çıxarılıb, onların ailəsi aclığa və səfalətə məhkum edilib.

Bu mütəxəssislərin Səkinə Sadıqova tərəfindən işdən çıxarılmasına səbəb isə Sumqayıt Tibb Mərkəzi direktorunun qanun və ədaləti deyil, öz şəxsi ambisiyalarını rəhbər tutmasıdır. Belə ki, “təmizləmə əməliyyatı”na ilk növbədə Sumqayıt Tibb Mərkəzindən başlayan Səkinə Sadıqova, Mərkəzdə kadrlar şöbəsinin rəhbəri də daxil olmaqla, xeyli sayda insanı işdən uzaqlaşdırıb.

Onların yerinə Qobustan, Şamaxı və digər uzaq rayonlardan olan tanışlarını, yaxınlarını yerləşdirən Səkinə Sadıqova, TƏBİB rəhbərliyində təmsil olunan şəxslərin həyat yoldaşlarını, yaxın qohumlarını rəhbər vəzifələrə təyin etməklə öz kreslosunu daha da möhkəmləndirib.

Bu gün Səkinə Sadıqovanın müavinləri də daxil olmaqla rəhbər vəzifələrə qoyduğu şəxslərin bir neçəsinin ailə üzvü TƏBİB-də müxtəlif vəzifələrdə çalışır. Sumqayıtlıları işsiz qoymaq hesabına TƏBİB rəhbərliyindəki şəxslərə yarınan Səkinə Sadıqova bu gün Sumqayıtda sözün həqiqi mənasında ona tabe müəssisə və tibb işçilərindən ibarət nəhəng imperiya formalaşdırmağa nail olub.

Son bir il içində Sumqayıtın tibb müəssisələrində çalşan 500-dən çox şəxs Səkinə Sadıqova tərfindəın işdən çıxarılaraq “yeni kadrlar”la əvəz olunub. Hansı ki, araşdırılma aparılsa, o zaman həmin şəxslərin tamamilə qanunsuz şəkildə işdən uzaqlaşdırıldığı, onların yerinə təyinat alıan şəxslərin böyük əksəriyyətinin bu vəzifələrə yaramadığı aydın olar.

Hörmətli redaksiya!

Səkinə Sadıqovanın yol verdiyi qanunsuzluqlar bununla bitmir. Sumqayıt səhiyyəsini öz dədə-baba mülkü hesab edən, bütün tibb işçiləri ilə kobud şəkildə davranan, onları kollektiv qarşısında təhqir etməkdən həzz alan Səkinə Sadıqova, xoşuna gəlməyən şəxsləri maaşlarını kəsəcəyi ilə hədələyir. Sumqayıt Tibb Mərkəzinin direktoru “unudur” ki, tibb işçilərinə maaşları o deyil, dövlət ödəyir və dövlət heç kimə, o cümlədən Səkinə Sadıqovaya kimisə təhqir etmək, kimisə işindən qanunsuz şəkildə azad etməyə icazə verməyib.

Gələn dəfə sizi Səkinə Sadıqovanın qanunsuz hərəkətləri haqqında yeni məlumat və faktlarla tanış edəcəyik. Ümid edirik ki, bu faktla rəlaqədar dövlət orqanları tərəfindən araşdırılacaq, Sumqayıt səhiyyyəsindəki özbaşınalıqlara nəhayət ki, son qoyulacaq.

İddia edilənlərlə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!

Mənbə teref.az

Bənzər yazılar

0.156986951828