Sergey Şoyqu Ukraynada bir qrup Rusiya hərbçisilə GÖRÜŞÜB - VİDEO

 26-06-2022
Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu Ukraynada davam edən müharibədə iştirak edən bir qrup Rusiya hərbçisinə baxış keçirib.
 
MillətinSəsi.info xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, Rusiya qruplaşmalarının komanda məntəqələrində yoxlama zamanı Şoyqu komandirlərin hazırkı vəziyyət və Rusiya silahlı qüvvələrinin əsas istiqamətlərdə hərəkətləri barədə məruzələrini dinləyib.
 
Şoyqunun dəqiq yeri məlum deyil, lakin Rusiya mediası müdafiə nazirinin Donbassın işğal olunmuş ərazilərinə getdiyini iddia edir.
 
 

Bənzər yazılar

0.84550285339355