Aİ Rusiyadakı azərbaycanlı iş adamına qarşı sanksiyaları ləğv edib

 14-09-2023

Avropa İttifaqı (Aİ) Rusiyada yaşayan azərbaycanlı iş adamına qarşı sanksiyanı ləğv edib.

“Ölkə.Az” xəbər verir ki, Avropa Birliyinin rəsmi jurnalı Aİ-nin sanksiyalarının uzadılmadığı dörd rusiyalının adını dərc edib. Bunlar arasında Rusiyada yaşayan azərbaycanlı milyarder, “Northgas”ın şərikli sahibi Fərhad Əhmədovun da adı var. Fərhad Əhmədov 2022-ci il aprelin 8-də Aİ-nin sanksiya siyahısına daxil edilib.

“OilPrice” 2023-cü ilin avqustunda yazıb ki, Fərhad Əhmədova qarşı sanksiyaların ləğvi planlaşdırılır, çünki onlar köhnəlmiş məlumatlar əsasında tətbiq edilib. O, 2012-ci ildə “Northgas”ın səhmlərini satıb və 2017-ci ildən portfelində Rusiya şirkətlərinin səhmlərini saxlamayıb.

Bundan əlavə həmin siyahıda ESN qrupunun rəhbəri Qriqori Berezkin, “Ozon”un keçmiş rəhbəri Aleksandr Şulqin və həmçinin Rusiya Silahlı Qüvvələrinin polkovniki, Rusiya Qəhrəmanı Georgi Şuvayevin adı var.

Polkovnik isə ötən ilin oktyabrında Xarkov vilayətində gedən döyüşlərdə həlak olub. 

 

 

Bənzər yazılar

0.27713513374329