Ömər Çelik: Qarabağdakı qondarma seçkilər leqal ola bilməz

 12-09-2023

Ermənilərin Qarabağda keçirdikləri qondarma seçkilər heç bir şəkildə leqal ola bilməz.

Bu barədə Türkiyənin hakim “Ədalət və İnkişaf Partiyası”nın (AK Parti) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, bütün beynəlxalq aləm də bu “seçkiləri” tanımayıb. Ö. Çelikin sözlərinə görə, Ermənistanın Azərbaycanla sərhədinə əlavə güc yığması və Qarabağdakı qondarma seçkilər bölgədəki sülh üçün təhlükə yaradır: “Türkiyə müharibədə olduğu kimi, Azərbaycanın yanındadır. Təxribatlar baş verə bilər, lakin heç kimin xeyrinə olmayacaq. Hər kəsin sülh və qanuna əsaslanan mövqe tutması vacibdir”.

 

Bənzər yazılar

0.29113292694092