Goranboyda Səmədabad kənd tam orta məktəbinin DİREKTORU: "Deyirlər ki, pul yığ gətir!" - SƏSYAZISI

 25-06-2022

Goranboy rayonunun Səmədabad kənd tam orta məktəbinin direktoru Ələşrəf Bağırovun kollektivdən hansı adla pul yığması ilə bağlı Demokratik TV-də səs yazısı yayılıb.

Demokratik.Az saytına daxil olan məlumata görə, direktor Ə.Bağırov müəllim kollektivini ötən ay yığıb iclas keçirərkən bildirib ki, “rayondan mənə deyirlər ki, get, kollektivdən pul yığ gətir. Əgər pul yığılmasa, vəssalam. Gətirməsən məktəbə komissiya göndərəcəyik”. 

Bu sözləri ortada olan səs yazısında direktor səsləndirir.

Məktəb direktorunun danışığı olduğu iddia edilən səsyazısında “fikirdən gecələr yata bilmirəm. Çıxılmaz vəziyyətdə qalmışam. Hətta gecə saat 2:00 idi, həyat yoldaşım mənə bildirdi ki, niyə gəlib yatmırsan nə fikirləşirsən?" - kimi sözlər də yer alır. Direktor onu da bildirir ki, "Mən yenə sizə təkrar edirəm ki, əgər komissiya gəlsə, mən öz çulumu evimi satmalı olsam da belə, sudan birtəhər çıxaracam. Vay sizin halınıza!..”.

Aydın olur ki, rayon üzrə digər direktorlardan da birmənalı pul yığmaq tələb olunur. Digər məktəblərdə də adının nə qoyulmasından asılı olmayaraq, rüşvət toplanır.

SƏSYAZINI təqdim edirik:

Bənzər yazılar

0.20722603797913