“Fırat qalxanı” əməliyyat bölgəsində içində bomba olan yük maşını MƏHV EDİLİB - VİDEO

 25-06-2022

Türkiyənin “Fırat qalxanı” əməliyyat bölgəsi - Cərablus sərhəd xəttində yerləşən Əl Humran kəndi yaxınlığında içində bomba olan yük maşını məhv edilib.

Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi açıqlama verib.

“Kilis Təhlükəsizlik Kəşfiyyat Şöbə Müdirliyi və Suriya Əməliyyat Qrupuna (Azez) 21.06.2022-ci il tarixində Suriyadakı ”Fırat qalxanı” əməliyyat bölgəsi - Cərablus sərhəd xəttində yerləşən Əl Humran kəndi ətrafında PKK/KCK-PYD/YPG terror təşkilatı üzvləri tərəfindən aksiyalarda istifadə üçün içində bomba olan IVECO markalı yük maşınının tərk edildiyi barədə məlumat daxil olub. Qeyd edilən yük maşını təsbit edilərək bölgəyə bomba zərərsizləşdirmə qrupları göndərilib. Bölgədə lazımi təhlükəsizlik tədbirləri alındıqdan sonra bomba yüklü maşın ehtiyatlı şəkildə məhv edilib”, - deyə açıqlamada bildirilib.

Mənbə: Haber Global

Bənzər yazılar

0.45766496658325