Emin Əmrullayev: "Bizim təhsil sistemimiz tərs-məzhəb qurulub"  

 11-09-2023

"Bizim təhsil sistemimiz tərs-məzhəb qurulub".

Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib. 

"Digər xarici ölkələrdə aşağı yaşda uşaqlarla məşğul olanlar ən yuxarı təhsil alan adamlardır".

Nazir Finlandiya təhsil sistemini nümunə çəkib: "Məsələn, Finlandiyada aşağı yaşda olan uşaqlarla məşğul olan müəllimlərin minimum magistr və ya doktorantura dərəcəsi var. Bu hissədə təhsilə ayrılan vəsait və diqqət yuxarı siniflərlə müqayisədə daha çoxdur.

Ana dili tədris olunan adam bu dildə oxuyub anlamalı, yazıb anlamalıdır. Təbii ki, dil qaydaları, üslub və s. bunun tərkib hissəsidir. Biz bu fənnin imtahanına baxsaq, mütəxəssisimiz belə, bu fikirdən çox uzaqdır.

Dövlət siyasəti ilə məşğul olan adam olaraq mənə düşür ki, deyim ki, xahiş edirəm, belə suallar yazmayaq. Bizim proqram, ənənə belədir. Heç kim bu çərçivədən çıxa bilmir. Sanki özümüz özümüzü bir çərçivəyə salmışıq və bu çərçivədən çıxmağa qorxuruq.

Ona görə də kifayət qədər maraqlı nəticələr alınır. Məsələn, bəzi təlimatlarımızı vətəndaşlar başa düşmürlər və kütləvi şəkildə nazirliyə qayıdırlar ki, dünyadırsa, dünya yazmaq lazımdır.

Müəllimlərimizin əsaslı şəkildə dəstəyə ehtiyacı olur. Bir çox hallarda onlar nə etməli olduqlarını bilmirlər. Bundan da pisi odur ki,  nə erməli olduqlarını haradan soruşacaqlarını bilmirlər. Müəllim dəstək sisteminin yerində olması olduqca vacib məsələdir. Bunu problem kimi tanımalıyıq. Hazırda bu istiqamətdə dəstək çox zəinf inkişaf etmiş vəziyyətdədir. Yəqin ki, biz növbəti mərhələdə sertifikasiya nəticələrinə əsaslanaraq yüksək nəticə göstərmiş müəllimlərin arasından metodist müəllimləri seçərək digər müəllimlərə dəstək tədbirlərini nəzərdə tuturuq".

Emin Əmrullayev onu da qeyd edib ki, 2022-2023-cü tədris ilində ali məktəblərə 100% qəbul olan məktəblərin sayı 55 olub.

O bildirib ki, nəticələri artan məktəblərin sayı  2022-ci ildə 25% idisə, bu rəqəm 2023-cü ildə 29% təşkil edib. O həmçinin qeyd edib ki, 2022-ci ildə nəticələri azalan məktəblərin sayı ötən il 75% idisə, bu il 71% təşkil edib.
 

 

Bənzər yazılar

0.37229585647583