Avropa çempionatında iştirak edəcək xanım güləşçilərimiz BİLİNİB

 25-06-2022

İyunun 27-dən iyulun 3-dək İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı keçiriləcək.

MillətinSəsi.info xəbər verir ki, qitə birinciliyində ölkəmizi təmsil edəcək gənc qızlardan ibarət milli komandanın üzvlərilə görüş keçirilib.

Azərbaycan Güləş Federasiyasının baş katibi Nəsimi Musayev, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Elçin Cəfərov və qadınlardan ibarət yığma komandanın baş məşqçi əvəzi Rövşən Umudov məsul yarışda iştirak edəcək güləşçilərə uğurlar arzulayıblar.

Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında AÇ-də iştirak edəcək komandanın tərkibində altı qız idmançı yer alıb. Romada Əsmər Canqurtaran (50 kq), Gültəkin Şirinova (53 kq), Elnurə Məmmədova (55 kq), Birgül Soltanova (62 kq), Nigar Mirzəzadə (68 kq) və Mərziyə Sadıqova (72 kq) güləşəcəklər.

Qeyd edək ki, AÇ-nin proqramına əsasən, iyunun 28-də qadın güləşi üzrə püşkatma mərasimi keçiriləcək. Növbəti üç gündə isə güləşin bu növündə mübarizə baş tutacaq.

Bənzər yazılar

0.50694394111633