Poqba barədəki serial antirekorda İMZA ATIB

 25-06-2022

Futbolçu Pol Poqba haqqındakı “Poqmentari” sənədli serialı antirekorda imza atıb.

Belə ki, ekran əsəri IMDb-də ən aşağı reytinq qazanıb.

“Amazon Prime”da nümayiş olunan sənədli film altı min nəfər tərəfindən qiymətləndirilib.

Film tənqidçilər və tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb. Nəticədə o, 10 mümkün baldan yalnız 1 bal qazanıb.

İkinci ən pis serial isə 10 baldan 1,2 bal toplayan türk musikli “İşte Bu Benim Masalım” olub.

Mənbə: sports.ru

Bənzər yazılar

0.45835614204407