Uelsli qadın sahildə qəribə CANLI TAPIB

 25-06-2022

Uelsli bir qadın çimərlikdə qəribə məxluq tapıb.

Xanım Şell Lonqmor bildirib ki, o, yaxınlıqda olarkən dalğalar bu canlını sahilə atıb.

Qəribə varlığın qurda bənzər səkkiz ayağı olub. Hər ayağın ucunda isə balıqqulağı görünüb.

Şell dəniz sakininin şəklini çəkərək paylaşıb.

Şərhlərdən birində bunun qorxunc və təhlükəli bir canlı deyil, “qaz boynu” adlanan ləzzətli molyusk olduğu bildirilib.

Məlumata görə, onun kilosu təxminən 370 dollara bir çox ölkələrə ixrac olunur.

 

Mənbə: gazeta.ru

Bənzər yazılar

0.48959994316101