Amerikalı qadın iki cüt əkiz uşaq dünyaya GƏTİRİB

 25-06-2022

Massaçusets sakini Eşli Ness iki cüt əkiz körpə dünyaya gətirib.

Qadın iki oğlan və iki qız doğub.

Həkimlərin sözlərinə görə, dörd əkiz uşaq dünyaya gətirmə ehtimalı 70 milyonda 1-ə bərabərdir.

Qadın bildirib ki, bundan sonra genişlənən ailəsinin rahat həyatının təmin edilməsinin qayğısına qalmalıdır.

“Mənə sərnişin mikroavtobusu lazımdır. Evi böyütməliyəm. İndi işim həddən artıq çoxdur”, - deyə körpələrin anası bildirib.

Qeyd edək ki, əkizlərdən başqa Nessin 7 - 24 yaş arasında daha dörd uşağı var.

Mənbə: gazeta.ru

Bənzər yazılar

0.72942900657654