Məktəblərdə bu dərsliyin tətbiqinə başlanılır

 08-09-2023

Təhsil İnstitutunun təşkilatçılığı ilə hazırlanan VI siniflər üçün “Təbiət” dərslik komplektinin I və II hissəsi 2022/2023-cü tədris ilində ümumi təhsil müəssisələrinin 132 sinfində pilot sınağından keçirilib.

Bu barədə Təhsil İnstitutundan xəbər verilib.

ARTİ-nin təşkilatçılığı ilə hazırlanan VI siniflər üçün “Təbiət” dərslik komplektinin I və II hissəsi 2022/2023-cü tədris ilində ümumi təhsil müəssisələrinin 132 sinfində pilot sınağından keçirilib.

Bu müddətdə dərslik paralel olaraq Elm və Təhsil Nazirliyinin ekspertləri, AMEA-nın uyğun institutlarının mütəxəssisləri, universitetlərin tanınmış alim və metodistləri, ölkənin qabaqcıl müəllimləri və DİM-in ekspertləri tərəfindən təhlil olunmuşdur. İctimai müzakirələrin və pilot siniflərdə keçirilən monitorinqlərin nəticələri müəlliflər tərəfindən tənqidi analiz olunaraq dərslik komplektinin təkmilləşdirilməsi həyata keçirilib. Nəticələr ictimai ekspertlər tərəfindən bəyənildiyindən Elm və Təhsil Nazirliyinin qərarı ilə “Təbiət-6” dərslik komplekti 2023-2024-cü tədris ilində kütləvi tətbiqə qəbul olunub.

Dərslik komplektinə dərslik, iş dəftəri və metodik vəsait daxildir. Dərslik komplekti hazırlanarkən təhsildə qabaqcıl ölkələrin təcrübələri araşdırılaraq, TIMSS və PISA kimi beynəlxalq qiymətləndirmə tədqiqatlarının tələbləri diqqətə alınıb. Dərslik komplektində tədqiqat əsaslı təlimə önəm verililib.

Qeyd edək ki, dərslik komplektlərinin hazırlanması prosesinə 11 yerli mütəxəssislə yanaşı, sinqapurlu mütəxəssislər də cəlb olunub.

 

Bənzər yazılar

0.405198097229