Polşa Seymi abortun liberallaşdırılması ilə bağlı ictimai layihəni DƏSTƏKLƏMƏYİB

 24-06-2022

Polşa Seymi 12-ci həftəyə qədər abortlara icazə verilməsini nəzərdə tutan təhlükəsiz abort haqqında ictimai qanun layihəsini rədd edib.

Bu barədə RMF24 məlumat yayıb.

265 deputat əleyhinə, 175 deputat lehinə səs verib, 4 nəfər isə bitərəf qalıb.

Layihə “Güzəştsiz qanuni abort” təşəbbüsü ilə təqdim edilib. Layihədə qadınların hamiləliyi 12 həftəyə qədər, daha sonra isə - qadının həyatına, fiziki və ya psixi sağlamlığına təhlükə olduqda, dölün inkişafında çatışmazlıqlar aşkar edildikdə və s. dayandırmasına icazə vermək təklif edilirdi.

Layihənin təqdim edilməsi üçün 200 mindən çox imza toplanıb.

Mənbə: Evropeyskaya pravda

Bənzər yazılar

0.14600110054016