Avstraliya tarixində İLK: Balıq yeyən üç qohum nadir xəstəliyə YOLUXUB

 24-06-2022

Avstraliyada üç qohum naharda dondurulmuş balıq yeyərək nadir xəstəliyə yoluxub.

Zərərçəkənlərin həkimlərə bildirdiyinə görə, balığı yedikdən 10 saat sonra onların hamısının əzalarında şiddətli ağrılar yaranıb. 20 yaşlı bir gəncdə isə sidik qəhvəyi rəng alıb.

Nəticədə həkimlər ailə üzvlərinin Qaff xəstəliyinə tutulduğunu müəyyən ediblər ki, bu zaman əzələ toxuması hüceyrələrinin sürətlə məhvinə səbəb olan sindrom yaranır.

Qeyd olunur ki, Qaff xəstəliyinə yoluxma halı Avstraliya tarixində ilkdir. Bu xəstəlikdə ölüm faizi bir-iki faiz təşkil edir.

Mənbə: Gazeta.ru

Bənzər yazılar

0.20283794403076