“Azərişıq” ASC-nin keçirdiyi tender müsabiqəsinin qalibi “Azprom” MMC olub.
Yeniavaz.com xəbər verir ki, “Azərişıq” ASC 6-35 kV enerji xətlərində cərəyan, gərginlik və güç axının tənzinlənməsi və ötürülməsi üçün zəruri mal-materilların satınalınmasına görə “Azprom” MMC-yə 778 min 184 manat 4 qəpik ödəyəcək.
Nizamnamə kapitalı 10 manat olan “Azprom” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov, ev 10, m. 2-də yerləşir. MMC-nin qanuni təmsilçisi Mustafayev Alı Gəray oğludur.