İşbazlar Masazırın mərkəzində qanunsuz olaraq gölü qurudub satmağa başladılar - VİDEO

 04-09-2023

Abşeron rayon Masazır qəsəbəsində qeyri-qanunu olaraq torpaq satışı davam edir. Quru əraziləri satıb qutardılar, indi isə harada göl gördülər oranı qurudub satmağa başlayırlar, hələ ustəlik alıcıyada yaşayış üçün fərdi şekildə ev tikməyə rüşvət qarşlıqında icazə verirlər.

 “Azərbayca Reallığına danışan və sözügedən ərazidə yaşayan adının açıqlamasın istəməyən mənbə bildirir ki, Masazırda yerləşən “Şok Martın” yaxınlığı Masazır qəbirsanlığının bir neçə metrliyində yaşayış üçün yararsız olan ərazidə gölü ərazidə faliyyət göstərən maklerlərin vasitəçiliyi ilə qurudub torpağın sotunu 7000-8000 min manata satırlar.

Alıcı yaşayış üçün ev tikmək istəyəndə isə bir mərtəbəli 100 kvadrat metrlik tikinti üçün 3000-4000 min manat 2 mərtəbəli 200-250 kvadrat metrlik tikinti üçün 9000-10000 min manat rüşvət ödəməlisən ki, məmurlar gözlərin yumub özlərini görməməzliyə vursunlar.

Ərazi yaşayış üçün olduqca təhlükəlidir. Mənbə bildirir ki, yer çökəklikdə olduğu üçün normal bir yağış yağarsa tikilməkdə olan evlər demək olar bir neçə metrliyində suyun altında qalma təhlükəsi ilə üz-üzə qalacaq aidiyyatı qurumlara dəfələrlə şikayət olunsa da, baxan yoxdur əksinə iş bazlar iş fəaliyyətini günü-gündən dahada genişləndirir deyə mənbə məsələnin ictimailəşdirildikdən sonra bəlkə bu işbazların qanunsuz əməllərin dur deyən tapılacaq deyə bildirir.


Mənbə Azərbayca Reallığı

Bənzər yazılar

0.10593700408936