Adi mədə ağrısı xərçəngdən xəbər verə bilər - ƏLAMƏTLƏR

 04-09-2023

Avstraliyalı Çloe Spitlanik adlı qadının başına gələnlər adi bir ağrının belə, ciddi qəbul edilməli olduğunu bir daha ortaya qoyub.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, mədə ağrılarına yad olmayan ağrılarla dözülməz hala gələn 22 yaşlı qadın həkimə gedib.

Belə ki, ağrı xüsusilə yumurtalıqlar ətrafında olub.

O, bir sıra testlərdən keçdikdən sonra xərçəng olduğunu öyrənib.

Avstraliyalı qadın təcili olaraq xəstəxanaya yerləşdirilib.

Çloe əməliyyatdan sonra tam 3 ilə sağalıb. Fizioterapevtin köməyi ilə yenidə yeriyə bilib.

Britaniyalı onkoloq Prof. Barbara Qof və onun komandası yumurtalıq xərçəngi xəstələrinin yaşadığı simptomları yumurtalıq xərçəngi olmayan xəstələrin simptomları ilə müqayisə edib. Buna əsaslanaraq, onlar yumurtalıq xərçənginin altı əsas simptomunu müəyyən edən indeks hazırlayıblar:

1. Şişkinlik
2. Qarın ölçüsündə artım
3. Tez doyma hissi
4. Yemək yeməkdə çətinlik
5. Çanaq ağrısı
6. Mədə ağrısı

 

 

Bənzər yazılar

0.37076115608215