Ukraynalı uşaqların təkbaşına Britaniyaya daxil olmalarına İCaZƏ VERİLƏCƏK

 23-06-2022

Böyük Britaniya azyaşlı ukraynalı qaçqınların qəbulu ilə bağlı yeni qaydalar elan edə bilər.

Belə ki, 18 yaşına çatmamış ukraynalıların ölkəyə müşayiət olmadan gəlmələrinə icazə veriləcək. Bu halda yeniyetmələrdən sadəcə valideyn və ya qəyyumundan yazılı icazə tələb olunacaq.

Qeyd edək ki, BMT-nin Uşaq Fondu - UNICEF-in məlumatına görə, bu ilin fevralından Ukraynada beş milyona yaxın uşaq öz yaşayış yerini tərk etmək məcburiyyətində qalıb. Onlardan iki milyonu ölkəni tərk edib, üç milyonu isə müvəqqəti olaraq Ukrayna daxilində başqa yerə köçüb.

Mənbə: RBK

Bənzər yazılar

0.32720923423767