Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar etdi

 28-08-2023

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi həyatına qəsd edib.

Bu barədə “Qafqazinfo” məlumat yayıb.

Bildirilir ki, Salmanov Rahib Vaqif oğlu müalicə aldığı xəstəxananın yuxarı mərtəbəsindən özünü ataraq intihar edib.

Məlumatı DİN-in mətbuat xidmətindən təsdiqləyiblər.

“Qafqazinfo”nun məlumatına görə, Rahib Salmanov bu gün günortaya qədər işdə olub, bir sıra məhkəmə işlərinə baxıb. Lakin günortadan sonrakı prosesləri təxirə salaraq xəstəxanaya gedib.

Daha sonra isə məlum hadisə baş verib. Rahib Salmanovun hansı səbəbdən intihar etməsi araşdırılır.

1963-cü il Salmanov Rahib Vaqif oğlunun özünü müalicə aldığı xəstəxananın binasından ataraq intihar etməsi ilə bağlı Nərimanov rayon prokurorluğuna məlumat daxil olub.

Baş prokurorluğun Mətbuat xidmətindən medianın sorğusuna cavab olaraq bildirilib ki, hazırda prokurorluq əməkdaşları hadisə yerində cəlb edilib, zəruri istintaq hərəkətləri həyata keçirilir.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, 60 yaşlı Rahib Salmanov 2013-cü ildən  Bakı Ağır Cinayətlər Məhkəməsində çalışırdı.

 

Bənzər yazılar

0.39426302909851