Prezidentin köməkçisi Laçın Şəhəri Günü ilə bağlı paylaşım edib

 26-08-2023

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Laçın Şəhəri Günü ilə bağlı paylaşım edib.

O, paylaşdığı fotolarla 30 illik işğal dövründə Ermənistanın Laçında daşı daş üstündə qoymamasına, Azərbaycanın isə sadəcə 8 ayda Laçını yenidən dirçəltməsinə diqqət çəkib.

“26 avqust - Laçının qurtuluş günü Prezident İlham Əliyevin Sərəncamı ilə Laçın Şəhəri Günü kimi qeyd olunur. Ermənistan tərəfindən işğal olunmuş Laçın 30 il ərzində dağıdılıb, vandalizmə məruz qalıb. Danışan fotolar! Bunlar Laçının dirçəldilməsi üçün Azərbaycan tərəfindən 8 ay davam edən yenidənqurma işlərinin nəticəsidir”,- paylaşımda qeyd olunub.

 

Bənzər yazılar

0.30226612091064