“Neftçi”nin yeni baş məşqçisi BƏLLİ OLUB

 21-06-2022

"Neftçi"nin yeni baş məşqçisi müəyyənləşib.

Komandanı rumıniyalı Laurensiu Regekamf çalışdıracaq. 46 yaşlı mütəxəssisin təqdimatı klub televiziyası vasitəsilə olub. 

Regekampf “Neftçi” ilə 2 illik müqaviləyə imza atb.

Qeyd edək ki, Laurentsiu Regekamfın ölkəsində “Snaqov”, “Qloriya” (Bıstritsa), “Konkordiya”, “Styaua” kimi komandalara rəhbərlik edib. Rumıniyalı mütəxəssis Bolqarıstanın “Liteks”, Səudiyyə Ərəbistanının “Əl-Hilal” və “Əl-Əhli”, Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vahda” və “Əl-Vasl” klublarında da baş məşqçilik edib. Onun sonuncu iş yeri “Universitatya” (Krayova) olub.

Bənzər yazılar

0.43263602256775