Baku TV-nin efirində yayımlanan “Qarabağ xronikası” verilişinin 120-ci buraxılışı efirə gedib.
Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda “Laçın” sərhəd-buraxılış məntəqəsində Qarabağı tərk edən erməni əsilli vətəndaşların köç prosesindən bəhs edib.
F.İsazadə Qarabağı tərk edən insanların böyük əksəriyyətinin, əslində, Rusiya vətəndaşlığını bildirən pasportunun olmasını diqqətə çatdırıb.
Bildirilib ki, Fransanın “La Figaro” jurnalının verdiyi məlumata görə, rəsmi Paris Qarabağla bağlı BMT-nin Təhlükəsizlik Şurasına yeni qətnamə təqdim edəcək.
F.İsazadə sonda erməni silahlılarının Qarabağdan çıxmaq niyyətində olmadıqlarını qeyd edib:
“Əksinə Fransa tərəfindən Qarabağla bağlı ehtimal edilən yeni qətnamənin təqdim ediləcəyi tarixə yaxın qeyri-qanuni silahlı dəstələrin hərbi avantüraya əl atacağı istisna edilmir”.