Atmosferə karbon qazı buraxmayacaq sərnişin təyyarəsinin istehsalı PLANLAŞDIRILIR 

 21-06-2022

Yaponiyanın iri ağır maşınqayırma korporasiyası olan “Kawasaki Heavy Industries” hidrogen yanacağı ilə işləyəcək sərnişin təyyarəsinin əsas komponentlərinin hazırlanmasına başlayıb.

Bunların xaricdə analoji laynerlərin istehsalına təxminən 2040-cı ildə başlayacaq təyyarə istehsalçılarına təqdim edilməsi nəzərdə tutulur.

Yanma zamanı atmosferə karbon qazı buraxmayacaq sərnişin təyyarəsi təxminən 150 yerlik nəzərdə tutulub, onun uçuş məsafəsinin iki-üç min km olacağı gözlənilir.

Təyyarənin komponentlərinin hidrogen yanacağı ilə sınaqdan keçirilməsinə isə 2030-cu ilə qədər başlanacağı gözlənilir.

Mənbə: TASS

Bənzər yazılar

0.19083595275879