Lüis Hamilton bəyan edib ki, Azərbaycan Qran Prisilə müqayisədə Kanadadakı yarış zamanı onun bolidindəki titrəyişlər xeyli azalıb. Pilotun sözlərinə görə, onun “Mercedes”i özünü daha mülayim aparıb.
“Əgər Bakıda aşırı yüklənmə 10G idisə, Monrealda 2G və ya maksimum 3G oldu. Kanada trekində ilk dəfə liderləri finiş xəttinə qədər görürdüm. Bəzi məqamlarda sürətimiz “Red Bull” və “Ferrari”dən heç də geri qalmırdı. Bununla belə, məncə, Formula 1-də işlər yaxşılaşmalıdır və biz komanda olaraq daha yaxşı işləməliyik”, - deyə üçüncü yeri tutan pilot bildirib.
Qeyd edək ki, alman komandasının pilotu Azərbaycan Qran Prisində ciddi çətinliklərlə üzləşib. Onun bolidində güclü titrəyişlərin olduğu bildirilib. Ehtimal edilirdi ki, Monrealdakı kələ-kötür yolda da “Mercedes”də problemləri olacaq. Lakin bunun əksinə olaraq titrəyişlərin amplitudası azalıb.
Mənbə: sports.ru