Fazil Mustafa: "Müəllimlər də iyun ayının 15-dək olan mənasız uzatmalardan beziblər"

 20-06-2022

"Kim nə deyir desin, müstəqillik dövrümüzdə alınan ən yersiz, lazımsız, faydasız, zərərli qərarlardan biri və bəlkə də birincisi orta və ali məktəblərdə dərslərin sentyabrın 15-dən başlaması barədə qərardır".

MillətinSəsi.info xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa sosial şəbəkədə yazıb. O bildirib ki, qərar təhsil sistemimizdə məqsədli şəkildə dolaşıqlıq etmək üçün verilib:

"Məhz bu qərara görə, Azərbaycanda bütün tədris planı allaq-bullaq olub. Yalan deyirlər, mayın 25-dən sonra heç bir məktəbdə normal dərs keçirilmir, bütün təhsil sistemimiz bu mənasız qərarın girovuna çevrilib. Heç bir ciddi əsaslandırması da yoxdur. AZAL da təqribən bu qafa ilə biletə qiyməti yükləyir.

Heç bir dəfə bu hərəkətin ağlabatan əsaslandırmasını eşitdinizmi? Burada da eyni qafa. Hava belə oldu, günəş elə getdi, külək belə əsdi- bunun modern binanın içindəki təhsilə nə dəxli? Günəş çox şüa yollasa məktəb pəncərələrinin jalüzlərini aşağı salın, vəssəlam. Jalüz yoxdursa valideynlərə deyin pul yığıb düzəltsinlər.

Müəllimlər də iyun ayının 15-dək olan mənasız uzatmalardan beziblər. Müzakirəyə çıxarın görək neçə faiz ağıllı tapılacaq ki, dərslərin 15 gün gec başlamasını dəstəkləsin? Mən tam əminliklə söyləyirəm, dərsləri sentyabrın 1-dən başlamaq qərarı verilsin, tədrisin keyfiyyətinə dərhal öz təsirini göstərəcək. Tədrisdə itirilən bir gün belə önəmlidir. Sentyabrın 1-i dərslər başlamalıdır!"

Bənzər yazılar

0.45830512046814