Əhəd Abıyev bu rayona icra başçısı göndərilir?

 21-08-2023

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun yaxın günlərdə vəzifəsi ilə vidalaşacağı bildirilir.

Pravda.az xəbər verir ki, Siraqəddin Cabbarovu Daşkəsənin sabiq icra başçısı Əhəd Abıyev əvəzləyəcək.
 
Qeyd olunur ki, Siraqəddin Cabbarov gedəciyini bilir, artıq hazırlıqlara başlayıb.
 
Xatırladaq ki, bir müddət öncə Əhəd Abıyev öz ərizəsi ilə işdən çıxmaq barədə Prezident İlham Əliyevə müraciət etdiyini bildirib: “Daşkəsən dağlıq rayondur. Son vaxtlar burada sel, təbii fəlakətlər çox olur, səhhətimə pis təsir edir. Amma Aran rayonlarında işləyə bilərəm, hələ gümraham. İndi Prezidentin göstərişini gözləyirəm. Allah ona cansağlığı versin, o özü bilən məsləhətdir. Nə desə, o da olacaq. Biz Prezidentin əsgərləriyik. Mən də zabit kimi bu dövlətçiliyə, iqtidara sədaqətli olmuşam, sadiqlik nümayiş etdirmişəm”.

Bənzər yazılar

0.11875009536743