Fazil Mustafa əlillik üçün müraciət edib – Video

 21-08-2023
Terror hücumuna məruz qalaraq yaralanan Milli Məclisin deputatı Fazil Mustafa əlillik dərəcəsi almaq üçün müraciət etdiyini deyib.
 
Deputat bu barədə Müsavat-ın efirində danışıb.
 
Deputat əlillik almaq üçün müraciət etdiyini, hələlik hər hansı yenilik olmadığını bildirib.
 
F.Mustafa qeyd edib ki, bu məsələ (red-terrorara məruz qalması) 3-5 gün televiziyada müzakirə aparmaqla yekunlaşdı, amma bu, yanlış idi:
 
“Bu, sabah Azərbaycanda irəliyə gedən proses olacaq. Onda hamı ilk mənbəyə qayıdacaq ki, biz harada səhv etdik, boşluq buraxdıq. Bunu təkcə polisin əziyyətinə, onun öhdəsinə buraxmaq olmaz, ununla cəmiyyət olaraq mübarizə aparmalıyıq”.
 
Millət vəkili bu gün Modern.az-a verdiyi açıqlamda isə əlillik dərəcəsi almaq üçün heç bir yerə müraciət etmədiyini bildirib.
 
“Hazırda yeni əməliyyatdan çıxmışam. Hesab edirəm ki, hər şey normaldır və qaydasındadır. Ümumiyyətlə, bizim medianın bəzi nümayəndələrinin savadsızlığı ucbatından belə bir məlumat yayıldı ki, əlillik dərəcəsi almaq üçün müraciət etmişəm. Mənim tərəfimdən belə bir müraciət olmayıb. Burada xəsarət dərəcəsinin müəyyən edilməsi hüquqi prosedurdur. Qarşıda olan məhkəmə prosesində hansı dərəcədə xəsarət aldığımı göstərən sənədlərin təsbit olunmasına ehtiyac var. Bununla bağlı müvafiq qurumlar xəsarətin dərəcəsini müəyyən etmək üçün addımlar atırlar. Lakin Azərbaycanda İran xüsusi xidmət orqanlarının nəzarətində olan müxtəlif şəbəkələr dərhal hansısa bir əlillik dərəcəsinin alınması, yaxud əlillik verilmədiyi halda özümüzü öldürəcəyimiz barədə sərsəm fikirləri tirajlamağa başladılar”, - deputat vurğulayıb.
 
F.Mustafa bu barədə məlumatın yayılmasını başqa ölkələrin xüsusi xidmət orqanlarının işi adlandırıb:
 
“İnsanlar inciyirlər ki, “bizə kütlə deyirlər, sürü deyirlər”. Amma acınacaqlı vəziyyət ondan ibarətdir ki, xarici xüsusi xidmət orqanları Azərbaycan ictimai fikrini rahatlıqla yönləndirə bilir. Heç nə olmadan belə bir prosesin getdiyini və bunun bir qəbahət olduğunu göstərməyə çalışırlar. Halbuki burada heç bir qəbahət də yoxdur. Ortada yaralanma, xəsarət var. Əleyhimizə rəy, təhqir yazan insanlar həm də bu vətən üçün böyük zərərverici ünsür kimi görünə bilərlər. Çünki istənilən vaxt onların boş başını bu cür yönləndirmək rahatdır. Hesab edirəm ki, bu kimi məsələlərdə daha ayıq, əqli-səlim olmaq vacibdir. İnsanlar kənardan yönləndirilən fikirlərin aludəçisi olmamalıdırlar. Başqa ölkələrin xüsusi xidmət orqanlarının Azərbaycan mediasında, sosial məkanında tirajladığı fikirlərin davamçısına, dəstəkçisinə çevrilməməlidirlər. Bu, təkcə mənimlə bağlı məsələ deyil. Azərbaycan dövləti ilə bağlı məsələlərdə də bu kimi insanlar yanlışlıqdan öz ölkəsinə qarşı bədnam mövqe  göstərə bilərlər”.
 
Deputat sonda qeyd edib ki, səhhəti yaxşıdır.
 
F. Mustafanın Müsavat TV-nin efirində dediklərini bir daha təqdim edirik:
 

Bənzər yazılar

0.11072611808777