Odessada güllələnən 4 azərbaycanlının nəşi niyə ölkəmizə gətirilmir? - VİDEO

 13-03-2022

Odessada gömrük postunda rus hərbçiləri tərəfindən güllələnən 4 azərbaycanlının meyitləri Moldovada morqda saxlanılır.

MillətinSəsi.info xəbər verir ki, bu fikirləri hazırda ailəsi ilə bu ölkədə stadionda qalan azərbaycanlı Tapdıq İsmayılov səsləndirib.

Ukraynada yaşayan tanınmış jurnalist Mövsüm Qədiroğlu mövzu ilə bağlı həmin şəxsdən müsahibə alıb və orda məskunlaşan azərbaycanlıların durumu ilə maraqlanıb.

Əslən Kəlbəcərdən olan Tapdıq İsmayılov ölən 2 şəxsin qardaşı olduğunu deyib: “Digər 2 nəfər isə biri qardaşım, biri isə bacım oğludur. Onların Azərbaycana aparılması üçün işlər aparılır, ancaq hələlik müsbət nəticə yoxdur”. 

Xatırladaq ki, fevralın 27-də Odessa şəhərindən 60 km aralıda, sərhəd qoşunları hərbçiləri formasında diversiya qrupu olduğu ehtimal olunan silahlılar 7-8 maşından ibarət olan əslən Kəlbəcər rayonundan olan soydaşlarımızın kolonunu tanınmamış Pridnestrovye ilə sərhəd Kuçurqan keçid məntəqəsi yaxınlığında gülləbaran edib.

Hadisə şahidlərinin dediyinə görə 3 həmvətənimiz (Rəhim İsmayılov, Qabil İsmayılov və Nemət İsmayılov) yerindəcə, bir nəfər (Camal Salmanov)  isə xəstəxanada dünyasını dəyişib. İnsident zamanı bir neçə yaralının olduğu da deyilir.

Bənzər yazılar

0.47349882125854