Günelin qətlindən bir neçə saat əvvəl çəkdiyi VİDEO

 19-08-2023

İki gün əvvəl Salyanda öldürülən qadın elə həmin gün, hadisədən bir neçə saat əvvəl başına gələnlərlə bağlı video çəkibmiş.

Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
 
O videoda ailə durumunun dözülməz olduğunu, həyat yoldaşının onu döydüyünü bildirib:
 
"Neçə dəfə dedim ki, belə etmə... Hər kəs kimi gözəl ailəmiz olsun. Gördüm ki, başa düşmür, ayrılmaq istədim. Ayrılmadı. Mən də canıma qəsd etdim. Mənə hədə-qorxu gəlirdi. İndi də zəng edirlər ki, əgər şikayəti geri götürməsən, səni şərləyib uşaqları əlindən alacağəq".
 
Videomüraciət qeydə alınan gün Günel bıçaqla qətlə yetirilib, hadisə ilə əlaqədar əri Qaraş İbrahimov şübhəli şəxs qismində salxanılıb.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
Hazırda cinayət işi üzrə ibtidai istintaq gedir. Qanunauyğun olaraq istintaqın sonunda işin mahiyyəti ilə bağlı rəsmi məlumat veriləcək.
 

Bənzər yazılar

0.41581892967224