Əkbər Novruzov yeni vəzifəyə təyin edilib

 18-08-2023

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Əkbər Novruzov vəzifəsindən azad edilib.

“Qaqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov əmr imzalayıb.

Nazirin digər əmri ilə onun yerinə polkovnik-leytenant Mircavad Seyidov təyin edilib.

Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin işdən çıxarılan rəis müavini Əkbər Novruzov yeni vəzifəyə təyin edilib.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əmrinə əsasən, Ə.Novruzov Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinə rəis təyin olunub.

Qeyd edik ki, bir neçə gün əvvəl Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Hikmət Abbasov da vəzifəsindən azad edilib.

 

Bənzər yazılar

0.41998600959778