Aydın Əliyevə AĞIR İTKİ

 17-08-2023

Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyevə ağır itki üz verib.

"Unikal" xəbər verir ki, Aydın Əliyevin bacısı Tamilla Musayeva dünyasını dəyişib.

Aydın Əliyev 28 may 1957-ci ildə Bakı şəhərində anadan olub.

1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

Əmək fəaliyyətinə 1979-cu ildə Azərbaycan Dövlət Universitetində müəllim vəzifəsindən başlamışdır.

1980–1992 illərdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində böyük məsləhətçi, nazirin köməkçisi, kadrlar şöbəsinin rəis müavini, şöbə rəisi, Azərbaycan Respublikası Dövlət Arbitrajında arbitr, Azərbaycan Respublikasının Ali Məhkəməsində şöbə rəisi vəzifələrində çalışmışdır.

1992–1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində inspektor, şöbə rəisi, aparıcı mütəxəssis, Baş İdarə rəisi vəzifələrində çalışmışdır.

1999-cu ilin fevral ayından 2006-cı ilin 6 fevralına gədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 1-ci müavini vəzifəsində çalışmışdır.

6 fevral 2006-cı ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində çalışır.

27 yanvar 2017-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilmişdir.[1]

23 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən vəzifəsindən azad edilib.

 

Bənzər yazılar

0.35052704811096