Mahaçqalada 25 yaşlı rieltor ona xidmət haqqını ödəmək istəməyən qadını boğub, sonra isə onun cəsədini yandırıb.
Bu barədə Dağıstan üzrə Rusiya Daxili İşlər Nazirliyinin regioanl bölməsi xəbər verib.
Şübhəli şəxs ona mənzili satmağa kömək etdiyini, lakin xidmət haqqını ala bilmədiyini bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, keçmiş müştərini öldürüb pulunu almaq qərarına gələn şəxs onu kimsəsiz yerə aparıb və boğub. Makler cinayətin izlərini gizlətmək üçün cəsədi Qarabudağkənd rayonunun Adanak kəndinin kənarında yerləşən tərk edilmiş poliqonun ərazisində yandırıb.
Mənbə: gazeta.ru