Nikosayağı”nın törətdiyi qəza zamanı TIR niyə yolun ortası ilə gedirmiş? - YENİ DETALLAR - VİDEO

 16-08-2023

Tanınmış bloger Nicat Şakirlinin törətdiyi qəzadan sonra əsas müzakirə mövzularından biri avtomobilin çırpıldığı TIR-ın niyə ikinci zolaqla hərəkət etməsi ilə bağlıdır.

Sosial şəbəkələrdə bu məqamı izah edən video yayılıb.

Qəza Heydər Əliyev prospektindəki körpüyə yaxın yerdə baş verib. TIR-ın da ikinci zolağa çıxmasının və yavaş-yavaş hərəkət etməsinin səbəbi körpünün üst hissəsinin əyri olmasıdır.

Yəni TIR körpüyə çatdığı vaxt birinci zolaqla hərəkət edərdisə, o zaman körpünün üstünə ilişə bilərdi. Ona görə də TIR ikinci zolaqla hərəkət edib.

Ətraflı videodan izləyə bilərsiniz:

 

Bənzər yazılar

0.34828996658325