Pol Uoker və Uma Turmanın Hollivudun Şöhrət xiyabanında ULDUZU OLACAQ

 19-06-2022

Aktyorlar Uma Turman, Pol Uoker (ölümündən sonra), Bill Pullman və digər mədəniyyət xadimləri 2023-cü ildə Hollivudun Şöhrət xiyabanında ulduz alacaqlar.

Siyahıya həmçinin aktyor Vins Von, aktyor və rejissor Con Favro, müğənni Lenni Kravits, Cenni Rivera (ölümündən sonra), “Jonas Brothers” rok qrupu və digər məşhurlar daxildir.

Bundan əvvəl bildirilmişdi ki, aktyor Ceyms Honq Hollivudun Şöhrət xiyabanında ulduz alan ən yaşlı artist olub. Fevralın 22-də 93 yaşını qeyd edəcək sənətçi xiyabanın özündən 31 yaş böyükdür.

Mənbə: Variety

Bənzər yazılar

0.46324706077576